Reklam 2

14 Fevral Sevgililər Günü Mesajları

Reklam 3
Reklam 4

14 Fevral Sevgililər Günündə sevgilinizə, nişanlınıza, yoldaşınıza göndərə biləcəyiniz ən gözəl sevgi mesajlarını, sevgililər günü təbriklərini, sevgi sözlərini sizlər üçün bir araya topladıq. Bu gözəl gündə sevdiyinizi bu gözəl mesajlarla sevindirin. 


Əgər səma bir parça kağız, dəniz bir şüşə mürəkkəb olsaydı yenə də sənə olan hislərimi yazmağa çatmazdı. Səni o qədər çox sevirəm birdənəm. Sevgililər Günün Mübarək!

Səni ulduzlara bənzədirəm onlar qədər uzaq onlar qədər əlçatmazsan amma bir fərqin var onlar min dənə sən bir dənəsən. Sevgililər günümüz mübarək!

Ayrılıq kiçik sevgiləri öldürər amma böyük sevgiləri gücləndirər. Eynilə küləyin şamı söndürüb yanğını gücləndirdiyi kimi... Bizim də sevgimiz həmişə yaşayacaq və daha da güclənəcək sevgilim. Neçə sevgililər günündə birlikdə olmaq diləyiylə...

Sevgililər günündə ağ bir göyərçin göndərirəm sənə; qanadlarında xoşbəxtlik, ürəyində sevgi və sədaqət. Ürəyin qədər yanındayam. Özünü yalnız hiss etdiyində əlini ürəyinə qoy; mən həmişə ordayam! Sevgililər Günümüz Mübarək!

Səni hər düşündüyümdə ürəyimə bir ulduz çəkirəm. Mənim indi neçə ulduzum var bilirsənmi? Mənim artıq bir səmam var.

Sən günəşin doğduğu, qaranlığın bitdiyi yerdəsən. Sən həmişə qəlbimdə tək olan sevgilimsən. Sevgililər gününümüz mübarək olsun!

Səni təxmin edəcəyin qədər deyil, dözə bilməyəcəyin qədər çox sevirəm. Sənə "Sevgilim" deyə bildiyim üçün özümü çox şanslı hiss edirəm. Sevgililər günümüz mübarək sevgilim!

Gözlərin gözlərimdə, əllərin əllərimdə, sevgin ürəyimdə və ruhun bədənimdə olduğu müddətcə səni sevməyə davam edəcəyəm. Sevgililər günün mübarək!

Sənə ulduzlar qədər yaxın olmaq istəyərdim hər baxdığında məni görə bilməyin üçün, sənə buludlar qədər yaxın olmaq istəyərdim kədərləndiyində gözyaşlarını yağış olub silə bilmək üçün, sənə sən qədər yaxın olmaq istəyərdim ki məni, səni sevdiyim qədər sevə bilməyin üçün. Sevgililər günün mübarək birdənəm...

Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə olarmış. Atalarımız belə deyərdi. Göyqurşağını izlədim bu gün səndə bitdi... Ən qiymətli xəzinəm mənim, sevdiyim, sevgilim. Sevgililər günümüz mübarək.

Quyruqlu ulduzlar olur, dünyaya yetmiş ildə bir gəlirlər. İnsanlar onu həyatı boyunca bəlkə bir dəfə görər. Mən o ulduzu gördüm, o da sənsən birdənəm. Sevgililər günün mübarək!

Sən dünyaya sürgün olunmuş bir mələksən və mən səni o qədər çox sevəcəm ki bir daha cənnətinə geri dönmək istəməyəcəksən ... Sevgililər günün mübarək!

Açılan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq. Sevgililər günün mübarək!

Səni dənizdəki qumlar, göydəki ulduzlar, meşədəki ağaclar, dünyadakı insanlar, okeandakı sular və günəşin işıqlarından daha çox sevirəm. Neçə birlikdə keçirəcəyimiz sevgililər gününə! 

Sevgililər öpüşərkən niyə gözlərini yumar bilirsənmi? Çünki gözləriylə deyil də ürəkləriylə görmək istəyərlər. Yəni hiss etmək istəyərlər. Mən də səni ruhumun dərinliklərində hiss edirəm sevgilim çünki səni çox sevirəm. Sevgililər günümüz mübarək olsun!

Hanı ən gözəl eşqlər imkansız gəlir ya insana, qeyri-mümkün olduğun üçün aşığımsana! .. Sevgililər Günnü mübarək olsun birtanem, səni çox sevirəm.

Kimsən sən? Yaşamaq istəyib də yaşaya bilmədiyim ümidlərim, fərqində olmadan illərdir gözlədiyimmi? Kimsən sən? Sən mənim sevgilimsən, sevdiyimi söyləyə bildiyim.

Güllər danışsın sənə olan sevgimdən, güllər danışsın yanlızlığımdan çarəsizliyimdən. Yavaş yavaş əriyən ürəyimdən güllər danışsın mən danışa bilmədim.

Səni sevdiyim qədər yaşasaydım ölümsüzlüyün adını eşq qoyardım... Sevgililər günün mübarək olsun biricik sevgilim!

Ürəyimdəki tək arzu, xəyalımdakı tək tutqu, məni yaşadan tək duyğu sənmişsən birdənəm... Sevgililər gününü təbrik edirəm. Neçə belə günlərə.

Sən mənim həyatımda olduğun müddətcə, nə sən kimsəyə rəqib nə də kimsə sənə rəqibdir. Daha neçə sevgililər günündə birlikdə olmağı diləyirəm.

Gəl tut əllərimi! Mənimlə yan! Mənimlə meydan oxu hər çarəsizliyə! Mənimlə yat mənimlə oyan. Birlikdə varaq neçə illərə.

Bir quş olub getsəm, aşsam bütün əngəlləri, çatsam sənin yanına. Öpsəm doyana qədər, qoxlasam səni, ən böyük hədiyyə bu olar mənə.

Gözlərin çay kirpiklərin körpü olsa, mən üzərindən keçərkən iplər qopsa və düşdüyüm yer dodaqların olsa. Sevgililər günündə bir öpüş borclusan mənə.

Həmçinin yeni sevgililər günü 2018 təbrik mesajlarına da baxmağı unutmayın. 


11 yorum:

  1. Ela sözlerdi super😍😍

    YanıtlaSil
  2. Çox gəşəng sözlərdi

    YanıtlaSil
  3. Sevgi yaşanmayacaq qeder gözel.Derk edilmeyecek qeder sade.Doyulmayacaq qeder doyulmaz duyğudur

    YanıtlaSil
  4. Şablon sözlərdi��

    YanıtlaSil
  5. Sevgi sözde yox ürekde olmali

    YanıtlaSil
  6. Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.

    YanıtlaSil
  7. Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.

    YanıtlaSil
  8. İnsan; Ağlındakılarla gündüzlər, ürəyindəki ilə gecələr mübarizə edərmiş.

    YanıtlaSil

@templatesyard